Bədəndəki piyləri əridən möcüzəvi tərəvəz
Bizi izləyin

Tabloid.az

Bədəndəki piyləri əridən möcüzəvi tərəvəz

Sarımsağın inanılmaz faydaları

Sarımsağın faydalı olduğunu, demək olar ki, hamı bilir. Ancaq bu yazını oxuyanda yenə də təəccüblənəcəksiniz. Çünki sarımsağın daha öncə heç yerdə eşitmədiyiniz faydalarını açıqlayacağıq.

Sarımsağın tərkibində olan “allicin” adlı maddə saç tökülməsinin qarşısını alır. Bunun üçün saç dərisinə sarımsaq çəkib 3-5 dəqiqə gözlədikdən sonra qatıq suyu ilə yumaq lazımdır. Bu prosedur saçlarınızın sağlam şəkildə uzanmasına kömək edəcək. Saçlarınızın daha az töküldüyünü hiss edəcəksiniz.

Sarımsaq yağı ilə zeytun yağını qarışdırıb saçlara çəkmək də eyni effekti verir.

Sarımsaqdan, xüsusilə, qış aylarında bol miqdarda istifadə etmək tövsiyə edilir. Antioksidant anbarı olan sarımsaq immunitet sistemini gücləndirərək xəstəliklərə qarşı qalxan vəzifəsini görür. Qrip ya da soyuqlamadan əziyyət çəkməmək üçün bir stəkan isti suyun içərisinə bir neçə diş doğranmış sarımsaq əlavə edin və 5 dəqiqə gözlədikdən sonra həmin suyu için. Bu sarımsaq çayının içərisinə bal ya da zəncəfil əlavə edərək dadını yaxşılaşdıra bilərsiniz.

Sarımsaq həm də göbələk xəstəliyindən qorunmağa kömək edir. Xüsusilə, qış aylarında ayaqlarımız mütəmadi olaraq qapalı ayaqqabıda qalır. Bu da ayaqda göbələyin yaranması riskini çoxaldır. Sarımsaq hətta yaranmış göbələyin də yox olmasında təsirlidir. Ayaqlarınızda göbələk problemi varsa, isti su doldurulmuş kiçik vannanın içərisinə əzilmiş sarımsaq əlavə edin və 15 dəqiqə ayaqlarınızı bu suda saxlayın.

İltihab önləyici təbii vasitə olan sarımsaq dodaqlarda çıxan uçuqların tez sağalmasını təmin edir. Uçuqların səbəb olduğu ağrını kəsir və iltihabı qurudur.

Sarımsaq dəri xəstəliklərindən əziyyət çəkənlər üçün də faydalıdır. Sədəf xəstəliyinin aradan qalxmasına səbəb olur. Bir neçə damcı sarımsaq yağını dərinizdəki problemli bölgəyə çəkərək inanılmaz nəticələri öz gözlərinizlə müşahidə edə bilərsiniz.

Xüsusilə, gənc qız və oğlanların kabusu olan sızanaqların da ən təhlükəli düşməni sarımsaqdır.

Qida menyusunda sarımsağa yer verənlər sızanaq problemi ilə nadir hallarda üzləşirlər. Bakteriyaları yox edən sarımsaq dərinin sızanaq olan bölgələrinə çəkildikdə tez bir zamanda problemi aradan qaldırır.

Bu möcüzəvi tərəvəz arıqlamaq istəyənlərin də köməyinə gəlir. Araşdırmalar göstərib ki, sarımsaq yemək arıqlamağa kömək edir. Sarımsağın kök insanlarda ən yaxşı təsiri onun bədəndəki əzlələri qoruyub, yağları əritməsidir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm