Doğuşa ərinizlə girməyin
Bizi izləyin

Tabloid.az

Doğuşa ərinizlə girməyin

Mütəxəssislər də bu qənaətə gəlib ki, əri ilə doğuşa girən qadınlar həm mənəvi, həm də fiziki cəhətdən zəif olurlar

İngiltərədə aparılan bir sıra araşdırmalar nəticəsində məlum olub ki, həyat yoldaşı ilə birlikdə doğuşa girən qadınlar doğuşa tək girən qadınlara nisbətən daha çox əziyyət çəkir.

İngiltərədəki University College London, Kings College London və Hertfordshire Universitetlərində aparılan araşdırmalar həyat yoldaşları ilə birlikdə doğuşa girən qadınların daha çox əzab çəkdiyini üzə çıxarıb. Mövzu ilə bağlı açıqlama verən mütəxəssislər apardıqları sınaqlardan danışıblar. Belə ki, doğuş zamanı qadınların əl barmaqlarına tikan batmasına bənzər lazer zərbəsi tətbiq olunub. Müşahidələr göstərib ki, əri yanında olan qadınlar ağrını daha çox hiss edib. Mütəxəssislər də bu qənaətə gəlib ki, əri ilə doğuşa girən qadınlar həm mənəvi, həm də fiziki cəhətdən zəif olurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm