• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

QOÇ - Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın. Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.

BUĞA - O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.

ƏKİZLƏR - Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün cinsi yaxınlıq, ağır fiziki işlərə girişmək və səfərə çıxmaq sizin üçün yolverilməzdir.

XƏRÇƏNG - Saat 15-ə qədər hər bir görüşü təxirə salmağınız məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq düşəcəksiniz. Özünə qapılmağa da dəyməz. Günün ikinci yarısını gözləyin.

ŞİR - Hər mənada uğurlu təqvimdir. İstər şəxsi büdcəni artırmaq istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz mümkündür. Amma məbadə falçı yanına gedəsiniz.

QIZ - Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq getmək səmərəlidir. Riskli işlərdən yayının.

TƏRƏZİ - Bu gün istirahət etmək fikriniz çətin ki, baş tuta. Əksinə, ikitərəfli sövdələşmələrə və yeni işlərə başlamaq lazımdır. Büdcənizdə artım da ola bilər. Axşama doğru mübahisələrdən uzaq qaçın.

ƏQRƏB - Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Nahardan sonra ciddi və riskli işlərə qol qoymayın. Çünki səhər saat 02:43-dən mənfi Ay bürcünüzdə meydan sulamaqdadır.

OXATAN - Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə ətrafınızda olanların rəğbətini qazanacaqsınız..

OĞLAQ - Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək fikrinə düşüb. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.

SUTÖKƏN - Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var. Münasibətləri də qoruyun.

BALIQLAR - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla xırda mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR