Qırmızı pomada göz ətrafı halqaları yox edir - Video
Bizi izləyin

Tabloid.az

Qırmızı pomada göz ətrafı halqaları yox edir - Video

Qırmızı pomada göz ətrafı halqaları yox edir - Video

Qadınlar nə qədər çalışsalar da, yorğunluq əlaməti olan göz ətrafı qara halqaları yox etməkdə çətinlik çəkirlər. Ən az 15 dəqiqə, hətta daha çox vaxt tələb olunur ki, müxtəlif cür fırçalar və makiyaj məhsulları ilə göz ətrafı qara halqaları gizlətsinlər. Üstəlik, sağlam olsanız da, kifayət qədər yata bilmədiyiniz üçün üz dərinizin rəngi dəyişə bilər. Ancaq qara halqalardan xilas olmaq üçün dəfələrlə makiyaj etməyinizə ehtiyac yoxdur. Hindistanda yaşayan vlogger Deepica Mutyala qara halqaları yox etməyin asan yolunu kəşf edib. Belə ki, o, qırmızı pomada çəkməklə qara halqaların görünmədiyini göstərən video çarx hazırlayıb. Mutyala Youtube-da paylaşdığı həmin videoda açıq qırmızı pomada ilə göz ətrafı qara halqalrı yox edir.

Qulağa inandırıcı gəlməsə də, rəng şkalasında baxanda onun bu "kəşf"i məntiqsiz görünmür. Qırmızı - rəng şkalasında qara halqalara səbəb olan bənövşəyi rənglərin qarşısında yerləşir. Bu iki rəng bir-birini neytrallaşdıraraq zərərsizləşdirir.

Qara halqalara və qüsurlara vida etməyiniz üçün açıq rəngli qırmızı, ya da mərcan rəngli bir pomada lazımdır. Onu çəkdikdən sonra üstündən tonal krem çəkin.

Qeyd edək ki, üzdə çıxan sızanaqlara, yara izlərinə və ya digər ləkələrə qarşı mübarizədə də eyni metodu tətbiq edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm