Niyam Səlami canlı yayımda ANS-in aparıcısını ağlatdı
Bizi izləyin

Tabloid.az

Niyam Səlami canlı yayımda ANS-in aparıcısını ağlatdı

Aparıcı göz yaşlarını saxlaya bilməyib.

Müğənni Niyam Səlami bu gün “Günəbaxan” verilişinin qonağı olub. Verilişdə Nailə Mirməmmədliyə məxsus “Ürəyim” mahnısını ifa edən sənətçi telekanalın “Adam içində” verilişinin aparıcısı Afət Rahilqızının ürəyinə toxunub. Mahnının təsirindən hisslərini gizlədə bilməyən xanım aparıcı göz yaşlarını gizləyə bilməyərək, hönkür-hönkür ağlamağa başlayıb.

İfadan sonra Afət xanım kövrəlməsinin səbəbini belə izah edib:

“Atam Niyamın bu mahnısını eşidəndə hər zaman dərindən ah çəkərdi. Eşitdim, özümü saxlaya bilmədim. Üzrlü hesab edin”.

Niyam da öz növbəsində aparıcını kövrəltdiyinə görə ondan üzr istəyib. Afət Rahilqızı qısa müddətə studiyanı tərk edib.

Qeyd edək ki, aparıcının atası ötən il dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm