• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Hadisə bəyəndiyi kişilərdən danışdı – Fotolar

Hadisə bəyəndiyi kişilərdən danışdı – Fotolar

Türkiyənin məşhur müğənnisi Hadisə ərəb aparıcı Liana Dahdouha müsahibə verib. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni maraqlı açıqlamaları ilə yadda qalıb.

O, hələ 15 yaşında olanda Belçikada iştirak etdiyi "İdool 2003" musiqi yarışmasında finala çıxa bilməməsini həyatının ən böyük məğlubiyyətlərindən biri kimi qiymətləndirib.

O, ərəb mədəniyyətini çox sevdiyini, ərəb kişilərini bəyəndiyini bildirib:

"Ərəb kişilərini bəyənirəm. Ərəb qadınlarını da çox bəyənirəm. Onlar çox gözəl, səmimi olurlar. Eləcə də müğənnilərinə, kliplərinə heyranam. İnanılmazdırlar, bir klipdə 6-7 cildə girə bilirlər".

Müğənni artıq kilolarından da danışıb. O, arıq olanda uşaq kimi göründüyünü etiraf edib:

"Çox arıq olanda bədənim uşaq kimi olur. Bu da insanın ümumi görkəminə təsir edir".

Hadisə özünü Beyonsa oxşatması ilə bağlı iddialara da cavab verib:

"Beyons dünyanın ən böyük sənətçilərindən biridir. Amma mən indiyə qədər heç kimin oxşarı olmağa çalışmamışam. Türkiyədə digər sənətçiləri də tez-tez xaricilərlə müqayisə edirlər. Saçlarını çox sarı ya gümüşü edənləri Ledi Qaqaya, "mayo" geyinəni Madonnaya, qıvrım saçlıları da Beyonsa bənzədirlər. Gördüyüm işə nə qədər zəhmət sərf etdiyimi yalnız özüm bilirəm. Kiminsə oxşarı olsaydım, işim daha asan olardı. Tərzimi təqdim edə bilmək üçün özümü çox yoruram. Xalq olaraq nə vaxt maraqlı və gözəl bir iş ortaya qoyulsa, dərhal onu amerikalılarla müqayisə edirik".

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR