Demet Akalın Elnura dəstək oldu
Bizi izləyin

Tabloid.az

Demet Akalın Elnura dəstək oldu

Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasının final həftəsinə vəsiqə qazanması haqda məlumat vermişdik.

Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasının final həftəsinə vəsiqə qazanması haqda məlumat vermişdik. Yarışmanın finala qalan digər iştirakçılarının adları da bəlli olub. Bunlar Sahil Ekmekçi, Elnur Hüseynov, Osman Vahid Özdal, Muheammed Vanal, Sarper Arda Akkaya, Emrah Güllü, Kaya Aslantepe və Zeo Caviddir.

Yarışmanın final həftəsi fevralın 16-da başlayacaq.

Onu da qeyd edək ki, Türkiyənin tanınmış sənətçisi Demet Akalın həmyerlimiz Elnur Hüseynova dəstək olub. O, “Instagram” bloqunda Elnurun fotosunu paylaşaraq izləyicilərindən ona səs vermələrini istəyib.

Xatırladaq ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm