Tabloid.az
Elza Seyidcahan ağzını əyən Aytən Səfərovanın cavabını verdi
Ötən həftə ANS telekanalının “Salam, Azərbaycan!” verilişinin aparıcısı Aytən Səfərova canlı yayımda əməkdar artist Elza Seyidcahanın yazdığı şeiri deyərək müğənninin yazdıqlarını digər aparıcılarla birlikdə məzxərə obyektinə çevirib. Efirdə özlərini ələ ala bilməyən aparıcılar canlı yayımda əməkdar artistin yazdıqlarına gülməyə başlayıblar.
Bununla əlaqədar tabloid.az Elza Seyidcahanla əlaqə saxlayıb. Əməkdar artistin canlı yayımda aparıcıların belə bir hərəkətinə münasibət öyrənib.
Tabloid.az-a eksklüziv açıqlama verən Seyidcahan belə şeylərə alışdığını bildirib.
“Mən ad çəkməyəcəyəm. Amma belə şeylərə artıq alışmışam. Birinci dəfə deyil ki, reytinqi olmayan verilişlər, reytinqi olmayan aparıcılar özlərinə reytinq toplamaq üçün mənim adımdan istifadə edirlər. Ən əsası da həmin aparıcılar məni görəndə ayağıma gəlib mənimlə salamlaşırlar. Məni gözdən salmaqla, adımı pisə hallandırmaqla özlərinə çörək pulu qazanırlar. Allahdan qorxmurlar. Onların qazandığı həmin pul halal deyil. Həmin pula çörək alıb yeyəndə onu necə udurlar? Heç halallıq fikirləşmirlər. Mən onlara heç cavab da vermirəm. Onları Allahın məhkəməsinə buraxıram”.
Tabloid.az Aytən Səfərovanın ələ salaraq canlı yayımda dediyi şeirin video görüntüsünü təqdim edir.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi