Dodaqları şəhvətli göstərən qırmızı dodaq boyaları - Siyahı
Bizi izləyin

Tabloid.az

Dodaqları şəhvətli göstərən qırmızı dodaq boyaları - Siyahı

Qadın dodaqlarını şəhvətli göstərən qırmızı dodaq boyaları - Siyahı

Bəlkə də ən çox cəsarət tələb edən dodaq boyası rəngidir qırmızı. Eyni zamanda, makiyajınızı tamamilə dəyişəcək və sizi günün ulduzuna çevirəcək gücə malikdir. Hər dodağa qırmızı rəng yaraşmaz. Məsələn, əgər dodaqlarınız çox incədirsə, qırmızı rəng diqqəti dodaqlarınızı daha da nazik göstərəcək. Yeri gəlmişkən, çox dolğun dodaqlarda da qırmızı rəng gözəl görünmür.

Qırmızı dodaq boyası çəkəcəksinizsə, gözləri və dodaqları solğun makiyaj etmək lazımdır. Əks halda klouna dönə bilərsiniz. Məncə, gözlərdə qəhvəyi tonlarda göz kölgəsi və ya bronzlaşdırıcı pudra ilə verilmiş kölgə və düzgün çəkilmiş sürmə qırmızı dodaqlar üçün idealdır. Yanaqlarda isə bürünc tonlarda azca ənlik kifayətdir.

Keçək dodaqlara. Əvvəlcə dodaqları nəmləndirin. Dodağınızın daha mükəmməl görünməsi üçün əvvəldən dodaq pilinqi də edə bilərsiniz. Dodaqlara istifadə etdiyiniz tonal krem və ya korrektordan sürtürük, sonra pudra ilə uzərindən keçirik.

Daha sonra qırmızı dodaq qələmi ilə dodağımızı çərçivələyirik. Qələmlə dodağın içini də rəngləyirik və pomada çəkirik. Sonra salfetlə boyanın artığını götürürük. İkinci qatı sürtürük. Dodaqların içinə də pomada çəkirik ki, danışarkən rəng fərqi görünməsin. Nəhayət, dodağın kənarlarından açıq rəngli korrektorla keçirik.

Dişlərimizə dodaq boyası bulaşmasın deyə barmağımızla vazelin sürtə bilərik.

Tabloid.az qadın dodaqlarını şəhvətli göstərən ən gözəl qırmızı dodaq boyalarını təqdim edir:

Nars

Nars

Clarins

Clarins

M.A.C

M.A.C

L'Oreal Paris

L'Oreal Paris

Pupa

Pupa

Max Factor

Max Factor

Make Up Store

Make Up Store

Revlon

Revlon

Maybelline NY

Maybelline NY

Avon

Avon


Oxumağa davam et
Reklam
Reklam

Gündəm