Təranə Qumralla Musa Musayev öpüşdülər - Fotolar
Bizi izləyin

Tabloid.az

Təranə Qumralla Musa Musayev öpüşdülər - Fotolar

Təranə Qumralla Musa Musayev öpüşdülər

Söz-söhbətdən, dedi-qodudan uzaq bir məkanda gözlərindən oxunan sevgi dodaqlarından süzüldükcə sanki biri-birinə yenidən aşiq olurdular. Aşiqlərin sevgi dolu baxışı, ehtiraslı toxunuşu bir fotoqrafın hədəfindən çətin ki, yayına. Sevdiyi qadına “Getmə gözümdən, gedərəm özümdən” misalı ilə sevgi nümayiş etdirən müğənni və bəstəkar Musa Musayev bəzən sevgisi ilə həyatının qadınını bəlkə də doğrudan boğur. Ancaq Təranə Qumral kimi qadınların da sevgisini ancaq bu yolla qoruyub saxlamaq olar, sevgidə boğaraq. Həyatındakı qumral qadını itirməkdən qorxan Musa Musayev onu nə gözündən, nə yanından, nə də həyatından bir addım da olsun, uzaqlaşmağa imkan vermir.

Təranə Qumralla Musa Musayevin ta 20 ildən bəri dildə-ağızda olan məhəbbəti bu dəfə Tabloid.az-ın obyektivinə tuş gəldi. Gözlərdən çıxan sevgi sözcüklərini bu şəkillərə baxıb eşitmək elə də çətin deyil. Baxın və eşidin.

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm