• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“İçərişəhər”ə səyahət - Novruzda nələr olacaq?

“İçərişəhər”ə səyahət  - Novruzda nələr olacaq?

Lider Televiziyasının “Sizin səyahət” proqramının növbəti buraxılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna səyahət edilib.

Publika.az-ın məlumatına görə, İdarəsinin rəhbəri Samir Nuriyev İçərişəhərlə bağlı həyata keçirilən layihələr barədə danışıb. Qoruq rəhbəri turistlərin ən çox üz tutduğu və maraqla seyr etdikləri İçərişəhərə axının daha da artdığını bildirib. S.Nuriyev turistlərin qoruğa cəlb edilməsi üçün vaxtaşırı beynəlxalq layihələr reallaşdırıldığından söz açıb. Bu mənada, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Prins Məktəbi (Prince's School of Traditional Arts) və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Tətbiqi Sənətkarlıq Mərkəzi" layihəsinin əhəmiyyətini xüsusilə vurğulayıb.

O, həmçinin qeyd edib ki, layihənin məqsədi tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına, Azərbaycanın mədəni irsinə uyğun müxtəlif çeşidli və yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təqdimatına nail olmaqdır. Qoruq rəisi Qız Qalasında Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq (İDEA) kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın təklifi ilə Azərbaycana gətirilən yuvalardan da danışıb. Avropada hazırlanmış 500-dən artıq yuvanın alınaraq Qız Qalasının yaxınlığındakı binanın fasadına quraşdırılması həqiqətən də Qız qalasına xüsusi gözəllik verir.

S.Nuriyev digər layihələrdən də söhbət açıb. Bildirib ki, 21-23 mart tarixində Azərbaycanda Novruz Beynəlxalq Festivalı keçiriləcək. Bu festivalda əcnəbilər də iştirak edəcəklər: ”Novruz YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olan bir bəşəri dəyərdir. Novruz ərəfəsində belə bir beynəlxalq festivalın keçirilməsi bu baxımdan da əhəmiyyət daşıyacaq. Ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, bu gün abidələrin qorunması, müasir turizm infrasturkturunun yaranması sürətlə inkişaf edir”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR