RYTN-nin Mətbuat və İnformasiya Mərkəzi açıldı – FOTOLAR
Bizi izləyin

Texnoloji

RYTN-nin Mətbuat və İnformasiya Mərkəzi açıldı – FOTOLAR

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin (MİM) açılışı olub.

Publika.az xəbər verir ki, müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində nazir Əli Abbasov iştirak edib.

RYTN-in informasiya siyasətinin tənzimlənməsi, RYTN-in həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək

Nazirin müşaviri Müşfiq Əmirov məlumat verib ki, mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), "Rabitə dünyası" qəzeti və "ICTnews" Elektron Xidməti fəaliyyət göstərəcək.

Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır.

Mərkəz eyni zamanda nazirlik , idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm