“Konotori-5” missiyasını başa vurub
Bizi izləyin

Texnoloji

“Konotori-5” missiyasını başa vurub

“Konotori-5” yapon pilotsuz kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) ərzaq və avadanlığın çatdırılması üzrə 42 günlük missiyasını başa vurub və odlu qövs cızaraq Yerin atmosferinə daxil olub.

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) yaydığı məlumata əsasən, “Konotori-5” yük gəmisi sentyabrın 30-da səhər saatlarında uçuş proqramına uyğun olaraq Sakit okeanın cənubunda atmosferin yuxarı qatlarında yanıb. Kosmik gəmi bir gün əvvəl BKS-dən ayrılaraq eniş trayektoriyasına daxil olub.

Bu, JAXA-nın BKS-ə həyata keçirdiyi beşinci uğurlu uçuşdur. Xatırladaq ki, “Konotori-5”in Yerin orbitinə çıxarılması ərəfəsində ABŞ və Rusiya kosmik yük gəmilərinin BKS-ə uçuşları uğursuzluqla nəticələnmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm