• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azercell Biləcəridə yeni Ekspres ofisini istifadəyə verdi (R)

Azercell Biləcəridə yeni Ekspres ofisini istifadəyə verdi (R)

Bununla da Bakıda Ekspres ofislərinin sayı 19-a çatdı

Azercell Telekom MMC müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, şirkət 6 fevraldan etibarən Biləcəri qəsəbəsi,Natavan küçəsi 3 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib.

Yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər.

Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 19, regionlarda isə 29 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Biləcəridə açılan yeni ofis böyüyən və inkişaf edən Biləcəri qəsəbəsinin sakinlərinə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq.

Operativ və keyfiyyətli xidmətdən istifadə etmək arzusunda olanlar üçün Azercell bütün ölkədə Ekspres ofislərinin sayını artırmaq niyyətindədir. Azercell il ərzində Bakıda 3, regionlarda isə yeni 5 AzEks ofisini istifadəyə verməklə abunəçilərini sevindirəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR