Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi artıb
Bizi izləyin

Texnoloji

Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi artıb

Martda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcmində kəskin artımı müşahidə olunub.

Publika.az xəbər verir ki, “Delta Telecom” şirkətinin rəsmi statistikasına əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3 faiz artaraq 155 Gbp/s-dən çox olub. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artıb. Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ayda 12,5 faiz artaraq 40 Gbp/s səviyyəsində olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artım müşahidə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm