Azərbaycan bu göstəriciyə görə dünya ölkələrini 2 dəfə qabaqlayır
Bizi izləyin

Texnoloji

Azərbaycan bu göstəriciyə görə dünya ölkələrini 2 dəfə qabaqlayır

Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümümdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 17.0% üstələyir.

Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 62-yə bərabərdir. Cari ilin birinci rübünün nəticələrinə əsasən, hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

Respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksəkkeyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Multimedia xidmətlərinin inkişafı” layihəsi də işlənib hazırlanıb və layihənin maliyyələşdirilməsi üçün “Amsterdam Trade Bank”dan 13,7 milyon avro kredit alınıb.


Cari rüb ərzində “Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma surəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 46,5 Gbit/s-yə çatdırılıb və 2014-cü ildə qurulmuş yeni internet platformasına bütün “Bakinternet” istifadəçilərinin qoşulması təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm