Yazarlar
Türkiyədə Hüseyn Cavid yaradıcılığı ilə bağlı elmi konfrans keçirilib
İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan
şəhərində yerləşən məqbərəsində çəkdirdiyi şəkillərin, şairin
zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil
olunduğu 944 səhifəlik kitab "Kaspi" Təhsil Mərkəzi tərəfindən
hazırlanmışdır.
İstanbul Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi
informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının
təmsilçilərinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş
geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçirilmiş
mərasimdə Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr
olunmuş film nümayiş etdirilmişdir.
Mərasimi giriş sözü ilə açan Avrasiya İnstitutunun prorektoru,
professor Sedat Murad və Azərbaycan Respublikasının İstanbuldakı
baş konsulu Həsən Zeynalov Hüseyn Cavidin əsərlərinin Türkiyə
nəşrinin mahiyyətindən və elmi konfransın əhəmiyyətindən bəhs
etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə
müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev,
"Kaspi" Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru
Sona Vəliyeva, İstanbul Universitetinin Avrasiya İnstitutunun Asiya
işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, Avrasiya
İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa
Özkan, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər
Turan, professor İbrahim Yıldırım, Milli Məclisin deputatı, şair
Sabir Rüstəmxanlı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar
Mərkəzinin baş direktoru Akkan Suverin məruzələri və çıxışları
dinlənilmişdir.
Natiqlər qeyd etmişlər ki, böyük ədibin dünya tarixinə görkəmli
şəxsiyyətlər bəxş edən Naxçıvanda doğulması, Təbrizdə oxuması,
İstanbulda təhsilini davam etdirməsi və elmin sirlərinə
yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi
onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir
göstərmişdir. Cavid Odlar yurdu Azərbaycanın sönməz əbədi məşəlini
dünya ədəbiyyatına bəxş etmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, Cavidin məzarının tapılması, nəşinin
öz doğma Vətənində dəfn edilməsi, adının əbədiləşdirilməsi ulu
öndər Heydər Əliyevin dünya ədəbiyyatını yaradan nadir
şəxsiyyətlərə tükənməz məhəbbətinin nəticəsidir.
Professor Kamran Əliyev demişdir ki, Hüseyn Cavidin qələmə aldığı
mövzular türkdilli xalqlar arasında ədəbi bir körpüdür. Cavidin
qəhrəmanları dünya siyasətinə təsir etmək imkanında olan
şəxsiyyətlərdir. Onun əsərləri əfsanə və miflərə söykəndiyi kimi,
real tarixi proseslərə də aydın baxış formalaşdırmışdır. Odur ki,
yaradıcılığı həm sadə oxucular, həm də ayrı-ayrı sahələrin
mütəxəssisləri tərəfindən diqqətlə izlənilir. Əminliklə qeyd edə
bilərik ki, cavidsevərlər bundan sonrakı dövrdə də Cavid
ideyalarından faydalanacaqlar.
Hüseyn Cavidin tarixi şəxsiyyət, yenilməzlik və mübarizlik nümunəsi
olduğunu diqqətə çatdıran Sova Vəliyeva bildirmişdir ki, şair öz
əsərlərini orijinal üslubda yaratmaqla bərabər, türkçülük və
turançılıq ideyalarının yaşamasına nail olmuş, diqqəti bəşəri
dəyərlərin mahiyyətinin dərk edilməsinə yönəldə bilmişdir. Cavidin
əsərləri həmişə müasirliyini saxlayacaq və sevilə-sevilə
oxunacaqdır. Cavid bəşəri sənətkardır. Onun əsərlərinin başqa
dillərə tərcümə etdirilməsi Cavid irsinin dünyada yayılmasına
şərait yaradacaqdır.
Mustafa Özkan Cavidin şeirlərində Osmanlı dövlətinin dövründə
işlədilən türk dilində olmasından danışmış, onlardan nümunələr
təqdim edərək üzərində təhlillər aparmışdır.
Xəlil Bal diqqəti Hüseyn Cavid yaradıcılığının onun öz dövrünün
reallıqlarını tarixiləşdirməsinə yönəltmişdir. Qeyd etmişdir ki,
1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımı törətmiş
ermənilər Cavidin şeirlərində kəskin ittiham olunmuşlar.
Hüseyn Cavidin İstanbuldakı həyat və fəaliyyəti barədə yeni
faktlarla çıxış edən İbrahim Yıldırım bildirmişdir ki, Cavid islami
dəyərləri uca tutmaqla bərabər, milli adət-ənənələrimizə,
mədəniyyətimizə və musiqimizə sonsuz rəğbət bəsləyən bir şəxsiyyət
olmuşdur.
Cavid yaradıcılığına xoş münasibəti bəşəri dəyərlərə və insani
hisslərə hörmək kimi dəyərləndirən Azər Turan kitabın tərtibi ilə
bağlı görülən işlər barədə fikrini bölüşmüşdür.
Hüseyn Cavidin əsərlərinin bütün zamanlar üçün aktual olduğunu
diqqətə çatdıran Sabir Rüstəmxanlı ədibin məzarının tapılması,
nəşinin ölkəmizə gətirilməsi, adının əbədiləşdirilməsi, əsərlərinin
nəşri barədə fikirlərini söyləmişdir.
Məruzəsini Heydər Əliyevin və Mustafa Kamal Atatürkün tarixi
fəaliyyətinin təhlili üzərində quran Akkan Suver qeyd etmişdir ki,
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev böyük Cavidə
yenidən həyat verdiyi kimi, Türkiyə Cümhuriyyətinin qurucusu da
türk şairi Tofiq Fikrət yaradıcılığına yeni həyat işığı bəxş
etmişdir.
Sonda aktyorlar Məmməd Səfa və Məlahət Abbasova Cavidin
əsərlərindən parçalar səsləndirmişlər.
Jurnalistlərə müsahibə verən Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov təqdim olunan kitabı dünya ədəbiyyat xəzinəsini
zənginləşdirən bir inci kimi dəyərləndirərək Cavid yaradıcılığının
bu gün də öz aktuallığını saxladığını qeyd etmişdir. Azərbaycan
hökumətinin elmə və mədəniyyətə göstərdiyi qayğıdan danışan Əli
Həsənov Prezident İlham Əliyevin Azərbaycanın görkəmli
şəxsiyyətlərinin, o cümlədən ədəbi simalarının dünyada
tanıtdırılması ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbirlərdən
bəhs etmiş və bu siyasətin nəticələri haqqında söhbət açmışdır. O,
Hüseyn Cavidin əsərlərinin İstanbulda ilk dəfə nəşr edilməsini də
bu siyasətin göstəricisi olduğunu demişdir.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ