Dünya ədəbiyyatının ən qorxulu 10 kitabı
Bizi izləyin

Yazarlar

Dünya ədəbiyyatının ən qorxulu 10 kitabı

İngiltərənin məşhur “Thelegraph” qəzeti müxtəlif dövrlərdə müxtəlif bəhanələrlə qadağalara məruz qalmış kitabların siyahısını tərtib edib. Həmin kitablar müxtəlif zümrələrin narazılığı səbəbindən oxuculardan saxlanılıb , hətta müəllifləri də bəzi hallarda təqiblərə məruz qalıblar. Həmin siyahını təqdim edirik:

Erix Maria Remark “Qərb cəbhəsindən xəbər yox” – Birinci dünya müharibəsini yaşayan yazıçının təsvir etdiyi hadisələr nasist Almaniyasının mənfisinə işlədiyindən roman 1933 – cü ildə qadağan edilir.

Boris Pasternak “Doktor Jivoqo”- bolşevik rejimini tənqid edən əsər 1988-ci ildə qədər Sovet İttifaqında yasaqlanıb.

Corc Oruell “1984” – bütün insani fəaliyyətin nəzarət altında olduğunu, azad düşüncənin isə qadağan olunmasını kəskin şəkildə əks edən roman Amerika Kitabxanalar Birliyi tərəfindən qadağan edildi.

Ceyms Coys, “Uliss” Modern ədəbiyyatın ən güclü nümunələrindən olan roman yuxarı zümrələr tərəfindən 1921-ci ildən 1933-cü ilə qədər qadağan edilib. Sonradan ilk olaraq Parisdə və daha sonra vətəni İngiltərədə yayımlanıb.

Anna Frankın xatirələri – Nasistlərin əlində keçən bir qızın yazdığı gündəlik sonradan 80 dilə tərcümə olunaraq 30 milyon tirajla satılıb.

Salman Rüşdi Şeytan ayələri – Məhəmməd peyğəmbərin həyatından bəhs edən əsəri ilə əsl qalmaqala səbəb olmuşdu. Ayətullah Xomeyni onun barəsində ölüm fitvası verib. Bomba effekti yaşadan bu əsərin müəllifi hazırda İngiltərədə yaşayır.

Don Braun “Da vinçi şifrəsi” - İsa peyğəmbəri tam başqa yöndən xatırladan kitab 2008-xi ildə katolik kilsəsi tərəfindən yasaq edilib.

Vladimir Nobokov “Lolita” - orta yaşlı kişi ilə 12 yaşlı qızın yasaq sevgisindən bəhs edən roman elə çap olunduğu ildəcə də bir çox təqib və qadağalara məruz qaldı. Ingilis Gömrük İdarəsi onun hər nüsxəsini ayrıca nəzarət altında yoxlayırdı. Qadağa 1959-cu ilə qədər davam edib.

Adolf Hitler “Mənim mübarizəm”, - Hitlerin həyatınnı ən qaranlıq nöqtələrindən bəhs edən kitab nasist rejiminin devrilməsindən sonra almaniya , Avropa və Amerikada qadağan olundu. Buna baxmayaraq qadağan olunduğu illərdə də xeyli tirajla gizli yollarla satılırdı. Kitab indi də bir çox ölkələrdə yasaq edilib.

Roulinq “Harri Potter” , - bu kitab macəra-fantastika janrında yazılıb. Müəllifinə ən çox pul gətirən kitab kimi rekord sahibidir. Amma bu kitab hım də Amerikada ən çox qadağaya məruz qalan kitab kimi də ön cərgədədir. Belə ki, Amerikada kitabın falçılığı, satanizmi, cadugərliyi təbliğ etdiyini sübut gətirərək Harri Potteri qadağan ediblər. Amma kitab bu gün də ən çox satılanlar cərgəsindədir.

Luis Karrol - “ Alisa Möcüzələr ölkəsində” – 18665-ci ildə ilk varianta yazılan əsər XX əsrdə bir çox qadağalara məruz qaldı. Qadağaların əsas səbəbi isə az yaşlı uşaqların psixologiyasına mənfi təsir etməsi idi./Modern.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm