Yazarlar
“Qanun”dan 3 möhtəşəm kitab – Yeni nəşrlər (FOTO)
“Qanun” nəşriyyatı 3 yeni kitab nəşr edib.
Onlardan biri dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası
münasibətlər üzrə ekspert Barbara de Anjelisin “Hər bir kişinin
qadınlar haqqında bilməli olduğu vacib sirlər” kitabını oxuculara
təqdim edib. Nəzakət Ağayevanın tərcümə etdiyi 524 səhifəli kitabı
oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə
partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan
münasibətini anlaya biləcək. Siz bu kitabı oxumaqla təkcə özünüzü
dərk etməyəcəksiniz, həm də həmişə xəyalı ilə yaşadığınız sevimli
adamla münasibətlərinizi yüksək səviyyədə quracaqsınız.
Nəşriyyatın oxuculara təqdim etdiyi digər kitab isə Ralf Eppersonun
“Gözəgörünməz əl” əsəridir. Yaşar Əsədovun tərcüməsində oxuculara
təqdim edilən 676 səhifəlik kitabda siyasi elmlər üzrə mütəxəssis
Ralf Epperson tarixi kor təsadüflərin ağılsız oyunu kimi yox,
əvvəlcədən planlaşdırılan və məqsədyönlü təşkil olunan hadisələr
kimi görür. Tarixi o, konspirasiya olunmuş insan qrupunun idarə
etdiyi proses kimi göstərir. Kitabda Rotşildlər ailəsinin çoxəsrlik
siyasi fəaliyyətindən az məlum olan faktlar, Rusiyada inqilabın və
XX əsrdəki hər iki dünya müharibəsinin pərdəarxası tərəfi, ABŞ
Federal Ehtiyat Sisteminin yaradılmasının real məqsədləri və
FES-dən istifadə praktikası haqqında təfərrüatı ilə danışılır.
Epperson 1960-cı illərin əvvəllərində fövqəladə məxfilik şəraitində
hazırlanan hansısa, “Dəmir Dağdan Məruzə” haqqında bəhs edir.
Məruzəni sifariş edənləri narahat edən, yalnız uzunmüddətli sülhün
davamlı nəticələri deyildi, onlar eləcə də müharibənin həm görünən,
həm də görünməyən funksiyalarını öyrənmək istəyirdilər... Demə,
müharibələr cəmiyyətimizin dayanıqlı olması üçün əhəmiyyət kəsb
edən müəyyən funksiyaları yerinə yetirir; bunun üçün başqa üsullar
yaradılmayana qədər, hərbi sistem saxlanmalı və onun effektivliyi
təkmilləşdirilməlidir.
Artur Qoldenin “Geyşanın memuarlaı” kitabı da nəşriyyatın oxuculara
hədiyyəsi sırasındadır. 20-ci əsrin ən tanınmış geyşalarından biri
Nitta Sayurinin həyat hekayəsi olan bu kitabı oxumaqla siz siz
məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk
baxışdan məhəbbətə inanmasanız belə, “Gündoğan ölkə”nin özünəməxsus
mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir
cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız. Roman
yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya
açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil,
yalnız onlardan gözlənilənləri, tələb olunanları deyirlər. Onlar
heç bir istəyə və seçim hüququna malik ola bilməzlər. Qadınlar
doğulandan ölənə qədər onlar üçün əvvəlcədən müəyyən olunmuş yolla
irəliləyirlər, bu yoldan sapma ehtimalı çox cüzidir. Onlar
mövcuddurlar, ancaq demək olmaz ki, yaşayırlar. Ona görə ki, yalnız
tənhalıqda özləri kimi ola bilirlər, ancaq bu hüquqdan da
məhrumdurlar. Geyşalıq işi – gözəllik və incəsənətdir. Bu ancaq
kənardan belə görünür. Daxildən isə yalnız ağır, üzücü əmək,
riyakar bir peşədir. Bundan savayı, heç nə yoxdur.
Qeyd edək ki, kitabın tərcüməçisi Ülkər Elxanqızıdır.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi