Azərbaycanlı yazarlardan xoş xəbər – FOTO
Bizi izləyin

Yazarlar

Azərbaycanlı yazarlardan xoş xəbər – FOTO

Rusiyada Mixayıl Lermontovun 200 illik yubileyinə həsr edilmiş “Şeir akademiyası” adlı almanax nəşr edilib.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın Publika.az-a verdiyi məlumata görə, Beynəlxalq Ədəbiyyat Fondunun maliyyə dəstəyi ilə çap edilən almanaxda Azərbaycan şairlərinin də şeirlərinə yer ayrılıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca, Alla Axundova, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin rəhbəri, filologiya elmləri doktoru Tofiq Məlikli, İlham Bədəlbəyli və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlunun şeirləri N.Qoroxovun tərcüməsində ölkəmiz üçün ayrılmış səhifələrdə yerləşdirilib.

Rəngli formatda tərtib olunmuş 320 səhifəlik almanax 1000 tirajla çap edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm