Dünya
Qəddafinin səhvini etdi: ABŞ onu devirəcək – ŞOK BƏNZƏRLİK
Zimbabve prezidenti Robert Mugabe vaxtilə Liviya lideri Muammer Qəddafinin etdiyi “səhvi” təkrarladı.
Publika.az xəbər verir ki, Zimbabve prezidenti
Afrika Birliyi zirvəsindəki çıxışında ABŞ-ı, ümumilikdə Qərbi sərt
tənqid edib.
“Afrikaya ABŞ, Böyük Britaniya və Fransadan başqa digər oyunçuların
da girməsi “qara qitədə” tarazlığı dəyişdirir. Lakin klassik
arqumentlərlə hərəkət edən qərblilər təbii sərvətlərlə zəngin olan
Afrika ölkələrini terror və yoluxucu xəstəliklər bəhanəsi ilə
dünyadan təcrid edərək öz əlində saxlamağa çalışır. Ağ adamın nə
edəcəyindən əmin olmayan varlı adamlar öz pullarını su quyularında
belə saxlayırlar”, - deyə o bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Yaxın Şərq və Afrikada müharibə
başlatmaqda bu bölgələrin yeraltı sərvətlərini mənimsəmək məqsədi
daşıyır.
“Bizə Allahın verdiklərini çox gördülər. Təbii sərvətlərimizi
əlimizdən aldılar. Harada sülh varsa, orada müharibə başlayırlar.
İndi İraq və Liviyadakı xaosa baxın. Bəhanələr irəli sürərək bu
ölkələrə girir və onların sərvətlərini mənimsəyirlər”, - deyə o
bildirib.
Qeyd edək ki, Zimbabve prezidentinin bu sözləri devrilməmişdən öncə
Afrika zirvəsində çıxış edən Liviya prezidenti Muammer Qəddafini
xatırladır. Belə ki, ABŞ-ın başlatdığı “ərəb baharı” 2011-ci ildə
Liviyaya çatdı. Xalq kütlələrinin istefasını tələb etdiyi Qəddafi
sona qədər dirəniş göstərdi və həmin ilin 20 sentyabrında
etirazçılar tərəfindən öldürüldü.
Devrilməsindən cəmi bir il öncə - 2010-cu ilin oktyabrında
keçirilən Afrika zirvəsində Qəddafinin məşhur çıxışı hələ
unudulmayıb. Həmin çıxışda Liviya lideri Amerikanı ciddi şəkildə
tənqid etdi və nümunə kimi Səddam Hüseynin və İraqın taleyini
göstərdi. Qəddafi Afrika ölkələrinə birləşməyi təklif edirdi. Lakin
onun Qərbi açıq şəkildə tənqid etməsi devrilməsi və ölümü ilə
nəticələndi.
Zimbabve prezidentinin vaxtilə Qəddafinin çıxış etdiyi
tribunadan Amerikanı, ümumilikdə Qərbi tənqid etməsi və İraqla
yanaşı, Liviyanı da nümunə göstərməsi ortadakı bənzərliyi açıq
şəkildə göstərir. Hesab etmək olar ki, onu da məhz Qəddafinin
taleyi gözləyir. Lakin hər şeyi zaman göstərəcək.
Asif Nərimanlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO