Magazin1
Teleaparıcı ölümdən döndü - FOTOLAR
Teleaparıcı Zemfira Adıgözəlova qəza törədib. Publika.az xəbər verir ki, Heydər Əliyev prospektində qeydə alınan hadisədə aparıcıya məxsus avtomobil qarşıdan gələn maşınla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəza Z.Adıgözəlovanın idarəetməni itirməsi nəticəsində baş verib.
Məsələ ilə əlaqədar Publika.az Zemfira Adıgözəlova ilə əlaqə saxlayıb. Həyəcan içində olan aparıcı danışmaq istəməsə də, bəzi nüansları aydınlaşdırıb:
“Çox pis haldayam. Bərk qorxmuşam. Bu haqda danışmağa halım yoxdur. Bircə onu bilirəm ki, əyləci nə qədər sıxsam da, maşın dayanmadı. Nəticədə hadisə baş verdi. Maşınımın qabağı və yan tərəfi təmamilə yox vəziyyətindədir”.
O, həmçinin hadisə yerində Manaf Ağayev ilə görüşdüyünü də bildirib.
“Həmin yoldan Manaf Ağayev də keçirdi. Saxlayıb mənə yaxınlaşdı. Çox sağ olsun, kömək etməyə çalışdı. Bildirdim ki, artıq ailəmin xəbəri var. İndi harda olsa gələcəklər”.
Zemfira xanım həmçinin avtomobilinin sığortalı olduğunu da vurğulayıb:
“Hadisə yerinə dərhal polis və sığorta şirkəti gəldi. Prospekt bir anın içində “dondu”. Avtomobilimi evakuatora qoyub apardılar”.
Publika.az-a danışan məşhur teleaparıcı özünə heç nə olmadığına görə Allaha şükür etdiyini də bildirib.
İsa Şükürov
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı