Dünya
TRT aparıcısı canlı yayımda ağladı – VİDEO
Türkiyənin Muş vilayətinin Malazgird şəhərində PKK terror təşkilatının silahlı hücumuna məruz qalan jandarm rəisi Arslan Kulaksızın bədəni ilə ailəsini qoruduğu məlum olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə jandarm rəisinin həyat yoldaşı Sibel Kulaksız danışıb.
“Şəhid mərtəbəsinə çatarkən bir də həyat yoldaşını qorudu. Balaların yetim qalmaması üçün məni yaşatdı”, -o, deyib.
Sibel Kulaksızın danışdıqlarını efirə verən TRT kanalının aparıcısı isə canlı efirdə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, iyulun 27-də jandarma rəisi ailəsi ilə birgə
silahlı hücuma məruz qalıb. Hadisə axşam saatlarında şəhər
qəbiristanlığı yaxınlığında baş verib. Hərbçi həyat yoldaşı və qızı
ilə birlikdə evə qayıdırdı. Arslan Kulaksız iki naməlum şəxs
tərəfindən güllələnib. O hadisə nəticəsində həlak olub, qızı isə
ağır yaralanıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR