Nazirliyə 10 minə yaxın müraciət daxil olub
Bizi izləyin

Qırmızı.az

Nazirliyə 10 minə yaxın müraciət daxil olub

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi" tərəfindən 9716 müraciət cavablandırılıb.

Bu barədə Publika.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin müraciətlərin 4194-ü (43,2%) sosial təminat, 2343-ü (24,1%) əmək qanunvericiliyi, 1295-i (13,3%) ƏƏSMN-nin elektron xidmətlərindən istifadə, 1157-i (11,9%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 727-i (7,5%) isə məşğulluq məsələlərini əhatə edib. İyul ayında "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 9080-i qeyd olunan fəaliyyət sahələri ilə əlaqədar sorğu xarakteri daşıyıb. Vətəndaşları maraqlandıran suallar nazirliyin mütəxəssisləri tərəfindən aidiyyəti üzrə dolğun izahatlar verilərək cavablandırılıb.

Daxil olan müraciətlərin yalnız 636-da (6,1 faiz) ayrı-ayrı vətəndaşlar onların əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələlərini, habelə təklif və şikayətlərini ifadə ediblər. Həmin müraciətlər müraciət vərəqəsi əsasında araşdırılaraq cavablandırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə göndərilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm