İdman
“Seltik”in futbolçuları məcburi köçkünlərlə futbol oynadı - FOTOLAR
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” “Seltik”lə qarşılaşacaq. Artıq rəqib komandanın oyunçuları ölkəmizə gəlib. Cavab oyunu üçün Bakıya gələn şotlandlar, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq avqustun 4-də Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar. Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olublar.
Publika.az-ın xəbərinə görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları müşayiət edən mətbuat nümayəndələrinə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin yaranma tarixi barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Sonra “Seltik”in üzvləri məhəllədə yerləşən Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub, idman zalında şagirdlərdən ibarət komanda ilə futbol oynayıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, “Qarabağ” – “Seltik” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər