Nida.az
BAXCP deputatlığa namizədlərini müəyyənləşdirib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisi noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Partiyadan Publika.az-a verilən məlumata görə,
sessiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın
seçkilərə hazırlığından danışıb.
Partiya üzvlərinin seçkilərdə fəal iştirakının önəmini vurğulayan Q. Həsənquliyev BAXCP-nin Azərbaycanda əsaslı Konstitusiya islahatları təşəbbüsü ilə çıxış edən yeganə siyasi partiya olduğunu xatırladıb. Ölkənin gələcəyinin çoxpartiyalı sistemin inkişafından keçdiyini deyən BAXCP sədri bildirib ki, bunun üçün ilk növbədə parlamentin funksiyaları artırılmalı, hökumətin formalaşdırılması səlahiyyəti parlament seçiklərində qalib gələn siyasi partiya, yaxud siyasi partiyalara verilməli, məhkəmə hakimiyyətinin tam müstəqilliyi hüquqi mexanizmlərlə təmin olunmalıdır.
“İndi daha hazırlıqlı və çevik siyasətçilərə ehtiyac var” deyə
BAXCP sədri bütün partiya üzvlərini seçkilərdə fəal iştirak etməyə,
partiyanın ideyalarını təbliğ etməyə çağırıb.
Ali Məclis təşkilatın Milli Məclisə seçkilərdə siyasi partiya kimi
iştirak edəcəyi barədə qərar qəbul edib və təşkilatın deputatlığa
namizədlərinin siyahısını müəyyənləşdirib. Partiya bu siyahını
İdarə Heyətinin təsdiqindən sonra açıqlayacağını bildirib.
İclasda “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev BAXCP İdarə Heyətinin üzvü seçilib.
Asif
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan