Nida.az
Suriyada məğlub olan İŞİD Qafqaz sərhədlərində yeni cəbhə açır – “Tam Məxfi”
“İŞİD faktiki olaraq Şimali Qafqazda özünə yer edib. Ötən ilin payızında “Qafqaz əmirliyi”nin döyüşçüləri Bağdadiyə and içməklə bunu təsdiqlədilər. İŞİD bütövlükdə Qafqazı ələ keçirmək üçün mübarizə aparır. İndi “Qafqaz əmirliyi”nə daxil olan çox az sayda qruplaşma var ki, İŞİD-i qəbul etmir. Lakin o dəqiqdir ki, indi “Qafqaz əmirliyi” bütövlükdə İŞİD-in nəzarətindədir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
məşhur “Soverşenno sekretno” (“Tam Məxfi”) nəşrinin araşdırmasında
deyilir. Nəşr yazır ki, hazırda İŞİD tərkibində minlərlə rusiyalı
və qafqazlı döyüşçü vuruşur.
“E” analitik mərkəzinin məlumatına görə, Rusiya Daxili İşlər
Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin hərəkətə keçməsindən
sonra Şimali Qafqazdan İŞİD sıralarına qoşulanların sayı artıb.
“Bu fonda Qafqaz gəncləri arasında qəti fikir formalaşdı ki, Suriya
və İraqa gedərək cihada qoşulanlar haqlıdır. Hesab edirəm ki, bu
ilin sonuna kimi Şimali Qafqazdan Suriyaya gedənlərin sayı
artacaq”, - deyə mərkəzin analitiki Arsen Bidov deyib.
Mərkəzin digər analitiki Yuri Batırov hesab edir ki, İŞİD gəncləri
pul qarşılığında da öz sıralarına qatır: “İŞİD-in malik olduğu
maliyyə imkanları böyükdür. Həm ələ keçirdikləri neft quyularından,
həm narkoticarətdən, həm də Səudiyyə Ərəbistanı və Küveytdən gələn
pullar hesabına qruplaşmanın 2 milyarddan artıq vəsaitə malik
olduğu deyilir. Bu pul kasıblığın daşını atmaq istəyən insanların
cəlb edilməsi üçün yetərincədir”.
Nəşr yazır ki, İŞİD-in nəzarətinə keçən “Qafqaz əmirliyi” əvvəlkinə
nisbətən daha təhlükəlidir: “Əgər əvvəl əmirlik kafir elan
etdikləri məmurlar və hakimiyyət nümayəndələrinə qarşı döyüşürdüsə,
indi onlar hər kəsə qarşı döyüşəcək”.
Analitik Yuri Batırov daha bir təhlükədən xəbər verir. Onun
sözlərinə görə, “Qafqaz əmirliyi” ayrıca qol olanda burada əsasən
çeçenlər və ərəblər təmsil olunurdu: “Yəni təhlükənin kimlər
tərəfindən gəldiyi məlum idi. İndi isə İŞİD-in nəzarətinə keçir.
İŞİD tərkibində isə 80-dən artıq ölkədən gələn döyüşçülər var.
Onlar başqa yerdən Rusiya ərazisinə asanlıqla keçə və istədiklərini
edə bilərlər. Bunu müəyyənləşdirmək çətin olacaq”.
“Soverşenno sekretno” qeyd edir ki, artıq İŞİD Şimali Qafqaza daxil
olub və terror qruplaşması bütün Qafqaz üçün təhlükə mənbəyidir:
“Xüsusilə Suriyada küncə sıxışdırılan terror qruplaşması üçün
hədəflərini genişləndirmək, yeni cəbhələr açmaq sərfəlidir. Bu
baxımdan, təhlükə hər keçən gün artmaqdadır”.
Asif Nərimanlı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı