Publika.az-ın yazısı sənədli filmə çevrildi – FOTOLAR/VİDEO
Bizi izləyin

Mədəniyyət

Publika.az-ın yazısı sənədli filmə çevrildi – FOTOLAR/VİDEO

Bir müddət əvvəl Publika.az-da dərc olunmuş Məni Salatın Əsgərovanın qatiliylə dəyişmək istəyirdilər” - 606 günlük əsirlik hekayəsi” adlı yazı əsasında sənədli film çəkilib.

Publika.az xəbər verir ki, “Addım” Gənclərin İnkişaf Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış” adlı Azərbaycan və rus dillərində yeni sənədli filmini hazırlayıb.

Filmdə Xankəndidəki evlərin birində qul kimi saxlanılan azərbaycanlılardan bəhs edilir. Ağır və əzablı 606 gündən sonra onlar təsadüfən tapdıqları xəritə və oxuduqları kitabın köməyi ilə qaçmağa qərar verirlər. Onların hamsı azadlığa qovuşa bilmirlər. Əsirlikdə aldıqları psixoloji travmalar onların bütün həyatları boyunca davam edir.

Erməni əsirliyindən qaçan azərbaycanlılar ilk dəfə 20 ildən sonra filmdə görüşürlər.

Bu hadisə Qarabağ müharibəsi tarixində ən qeyri-adi hadisələrdən biridir.

Filmdə “Youtube”da yerləşdirilən Qarabağ münaqişəsi ilə bağlı videokadrlardan, müharibə barədə müxtəlif müəlliflərin fotolarından və digər materiallardan istifadə edilib.

Filmdə həmçinin bəzi hadisələrin bərpası üçün 3D qrafikasından da istifadə olunub.

Filmin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaqdır. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni isə Sənan Səfərovdur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm