Azad Suriya Ordusundan rus pilotla bağlı TƏKLİF
Bizi izləyin

Dünya

Azad Suriya Ordusundan rus pilotla bağlı TƏKLİF

Azad Suriya Ordusunun üzvlərindən biri Cahid Əhməd vurulan Rusiyaya məxsus “Su-24” təyyarəsinin pilotunun cəsədini Suriya hökuməti tərəfindən əsir götürülən qruplaşma üzvləri ilə dəyişməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Lakin o, pilotun cəsədini kiminlə dəyişmək istədiyini açıqlamayıb.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus qırıcısının sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu və bunu sübut edə biləcəklərini açıqlayıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm