Türkiyədə müharibə havası: quru və hava qüvvələrinə döyüş hazırlığı əmri verildi – VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə müharibə havası: quru və hava qüvvələrinə döyüş hazırlığı əmri verildi – VİDEO

Türkiyənin Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında yaranan gərginlik Türkiyə-Suriya sərhədində də özünü göstərir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Suriya sərhədində patrul uçuşu həyata keçirən F-16-ların sayını ilk dəfə 18-ə çatdırıb.

Məlumata görə, bölgəyə tank qüvvələrinin göndərilməsinə başlanılıb. Dəmir yolu ilə Qaziantepə gətirilən tanklar TIR-lara yüklənərək Qaziantep 5-ci Zirehli Briqada Qərargahına aparılır. Tanklar buradan şərq vilayətlərinə, yaxud da sərhəd xəttindəki digər nöqtələrə göndəriləcək.

CNN Türk-ün xəbərinə görə, Türkiyə Silahlı Qüvvələri də bütün quru və hava qüvvələrinə döyüş hazırlığı əmri verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm