Rus deputatdan ŞOK TƏKLİF: “SU-24 əvəzinə Ayasofya!”
Bizi izləyin

Dünya

Rus deputatdan ŞOK TƏKLİF: “SU-24 əvəzinə Ayasofya!”

Rusiya Parlamentinin alt qanadı olan Dövlət Dumasının deputatı Sergey Gavrilov Rusiya təyyarəsinin vurulmasını bəhanə edərək şok bir təkliflə çıxış edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, deputat Türkiyənin yaxşı niyyət nümayiş etdirərək Ayasofyanı Pravoslav Kilsəsinə qaytarmalı olduğunu deyib.

“Bu günlərdə Türkiyə-Rusiya əlaqələri bir sınaq müddətindən keçir. Belə bir dövrdə dostcasına cəhdlər və təkliflər böyük əhəmiyyət daşıyır. Ayasofyanı Pravoslav Kilsəsinə qaytarılması Türkiyənin yaxşı niyyətinin göstəricisi ola bilər”, - Sergey Gavrilov söyləyib.

Gavrilov Rusiyanın maddi dəstək verməyə və bu universal məbədin bərpa edilməsi üçün ən yaxşı rus mütəxəssisləri gətirməyə hazır olduğunu da əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm