Röyanın prodüseri indi də bu müğənni ilə işləyəcək
Bizi izləyin

Magazin1

Röyanın prodüseri indi də bu müğənni ilə işləyəcək

Müğənni Təranə Mahmudova konsertə hazırlaşır.

O, noyabrın 28-də “Modern Jazz” adlı solo konsert proqramı ilə çıxış edəcək. Konsert Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Müğənni konsertqabağı iş prinsipində də dəyişiklik edib. Belə ki, bundan sonra onun prodüseri də olacaq. T.Mahmudova Publika.az-a açıqlamasında bildirib ki, artıq prodüser mərkəzlərindən biri ilə əməkdaşlığa başlayıb:

“İndiyə qədər heç bir prodüserlə çalışmamışam. Bütün qərarları özüm vermişəm. Ancaq görürəm ki, bu, artıq mümkün deyil. Səhnənin tələbləri çox böyükdür. Mən yalnız ifamla məşğul olacam. Qalan işləri peşəkarlara həvalə edəcəm. Kənan Bayramovla iş birliyinə imza atmışam. Bunun mənə uğur gətirəcəyinə inanıram”.

Qeyd edək ki, Kənan Bayramov həm də ifaçı Röya Ayxanın prodüseridir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm