Dünyanın ən varlı aktrisası haqqında İNANILMAZ FAKTLAR - FOTOLAR
Bizi izləyin

Gözəllik

Dünyanın ən varlı aktrisası haqqında İNANILMAZ FAKTLAR - FOTOLAR

Bu gün dünyanın ən gənc varlı aktrisası - Cennifer Lourens 25 yaşını qedy edir.

Publika.az bu münasibətlə dünya şöhrətli aktrisanın gözəllik sirlərini təqdim edir.

Artıq bir neçə mövsümdür ki, Cennifer Lourens dalbadal dünyanın ən çox qazanan aktrisası seçilir. Cennifer aktrisalıq fəaliyyətindən əlavə, artıq bir neçə ildir ki, “Christian Dior” moda evi ilə əməkdaşlıq edir.

O, gülməli, istedadlı və təbiidir, amma aktrisanın məsum gözəlliyini qeyd etməmək qəbahət olardı. Aktrisa sağlam saçlara və gözəl bədən quruluşuna malikdir. Bəs, onun sağlam saçlarının və ideal formada qalmasının sirri nədir?

Cennifer Lourens necə qidalanır?

Cennifer Lourens bir çox həmkarlarından fərqli olaraq, ideal çəkisini qorumaq üçün həftələrlə ac qalmır. Pəhriz sözünə nifrət edən gözəl aktrisa ondan vaxtilə prinsipial olaraq imtina edib. Aktrisa yemək saatlarını səbirsizliklə gözlədiyini özü də etiraf edir. Ümumiyyətlə, o, yağlı və dadlı xörəklərə olan sevgisini heç vaxt gizlətməyib.

Günorta yeməyində düyü ilə toyuq, yaxud kartof və badımcan qızartmasına üstünlük verir. Şam yeməyində isə Cennifer südlə müsli yeyir. Onun fikrincə, tez hazırlanan bu yemək yorğunluğu aradan qaldırıb bədənə enerji verir.

Aktrisa arzuladığı hər şeyi yesə də, ideal çəkisini idmana borcludur. Lakin əzələ yığmaqdan qorxan ulduz idman zalında saatlarla tər tökmür, qamətinin duruşunu düz saxlamaq üçün yoqa və pilateslə məşğul olur.

Qırmızı xalı mərasimlərindən əvvəl Cennifer sakitləşdirici və şlakları təmizləyən duz vannaları qəbul edir. Aromaterapiya təsiri göstərən duz vannaları şişkinliyi aradan qaldırmağa kömək edir. Vanna qəbulundan sonra ən dar paltar belə, əyinə yaxşı otura bilər.

Çobanyastığı və zəncirotu çayı

Bundan başqa, zəncəfilli kök suyu, o cümlədən, bitki çayları artıq çəki ilə mübarizədə ona kömək edir. Çobanyastığı çayı gərginliyi yox edərək bədəni sakitləşdirir, zəncirotu çayı isə sidikqovucu təsirə malikdir. O, orqanizmdə mayenin saxlanmasının qarşısını alır və zəhərləri xaric edir.

Təravətli dəri

Cenniferin sözlərinə görə, dərisinin belə gözəl görünməsi üçün bahalı estetik müdaxilələrdən və kremlərdən istifadə etmir. Günəş vannalarından uzaq durur. Dərisinin təravətli görünməsi üçün yaxşı istirahət edir.

Makiyaj

Cennifer Lourens təbii gözəlliyə üstünlük verən çox nadir ulduzlardandır. Bu səbəbdən, o, dekorativ kosmetikadan çox az istifadə edir. Çox vaxt aktrisa gözlərini bozumtul kölgələr və qara laynerlə vurğulayır. Dodaqlarında isə giləmeyvə rəngli pomadalardan istifadə edir.

Saçlara qulluq

Cennifer Lourens saçı ilə bağlı eksperimentlər etməkdən çəkinmir. Məsələn, bir neçə il əvvəl radikal dəyişiklik edərək, heç düşünmədən uzun telləri ilə vidalaşdı. Bu addımına görə isə qətiyyən peşman deyil. Onun sözlərinə görə, qısa saç daha rahatdır. Lakin aktrisa saçına xüsusi diqqət yetirir. Məsələn, Cennifer Lourens saçlarını yuduqdan sonra onları dəsmalla deyil, pambıq futbolkayla qurudur. O hesab edir ki, dəsmalların parçası sərt olduğu üçün telləri korlayır.

Bundan başqa, Cennifer Lourens saçını quru şampunla təmizləyir. Çünki quru şampunu hətta ən gərgin iş günlərində istifadə etmək olduqca əlverişlidir.

Lezbiyan stili

Aktrisa bir çox mərasimlərdə valehedici ziyafət libasları ilə göz oxşasa da, açıqlamasında lezbiyan kimi geyindiyini deyib:


"Önəmli dəvətlərdə təmtəraqlı geyimlər geyinirəm. Adamlar məni dəbdəbəli paltarlarda görməyə adət edib. Bunun yeganə səbəbi qırmızı xalının təmtəraqlı donlar tələb etməsidir. Lakin gündəlik həyatda əsl lesbiyan kimi geyinirəm”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm