Ukraynalı deputatlardan aksiya: rus təyyarəsini vuran türk pilota övgü - VİDEO
Bizi izləyin

Dünya

Ukraynalı deputatlardan aksiya: rus təyyarəsini vuran türk pilota övgü - VİDEO

Ukrayna Ali Radasının deputatları Rusiya təyyarəsini vurub salan türk pilotunu simvolik təltif ediblər.

Publika.az “Telekanal 112”-yə istinadən xəbər verir ki, deputatlar Yuliy Mamçur və Aleksey Qonçarenko Kiyevdəki Türkiyə səfirliyi qarşısında aksiya keçiriblər.

Aksiya zamanı nəfəsli orkestr “Döyüşə ancaq qocalar gedir” filmindən bir parça ifa edib. Xatırladaq ki, həmin filmdə sovet təyyarəçilərinin faşist pilotları ilə ölüm-dirim savaşından bəhs edilirdi.

Simvolik təltif zamanı deputatlar səfirliyin hasarına üstündə ay-ulduz olan beşgüşəli ulduz yapışdırıblar.

Bununla ukraynalılar Türkiyənin öz hava məkanını qorumağını təqdir etdiklərini ifadə ediblər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm