Rusiya "kommandos"ları döyüşə atıldı – İLK İTKİLƏR
Bizi izləyin

Dünya

Rusiya "kommandos"ları döyüşə atıldı – İLK İTKİLƏR

Suriya ordusunun həyata keçirdiyi əməliyyatlara sentyabr ayının 30-dan havadan dəstək verən Rusiya quru qüvvələrini də döyüşə atıb.

Publika.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Der Spiegel” jurnalı çıxış edib.

Nəşrin əldə etdiyi məlumatlara görə, Rusiya ən azı iki hərbçisi qarşıdurmalarda həyatını itirib. “Der Spiegel” ölən əsgərlərin Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (BKİ - QRU) hərbçiləri olduğunu yazıb. Nəşrin iddiasına görə, ölən hərbçilər üçün 12 noyabr tarixində Rostovda yerləşən 22-ci Xüsusi Təyinatlı Birlikdə dəfn mərasimi təşkil edilib.

Jurnal dislokasiya yeri Sibir olan 120-ci artilleriya briqadasına aid 2A65 “Msta-B” haubitsaların Suriya ordusunun gücünü artırdığını yazıb.

Xatırladaq ki, Rusiya hərbi komandanlığı noyabrın 18-də Suriyadakı əməliyyat barədə hesabat verərkən prezident Vladimir Putinə bu ölkənin mərkəzi hissəsində yerləşən Rusiya artilleriya hissəsinin mövqelərini göstərib. Bu isə o demək idi ki, Moskva hərbi əməliyyatlarda bu vaxta qədər məlum olduğundan daha fəal iştirak edir. Putinə göstərilən xəritədə "5 габатр 120 абр 2А65 Мста-Б 6 ед с 14.00 06.11" yazısı olub.

“Aбр” abbreviaturasının “artilleriya briqadası”, “габатр”ın isə “haubitsa batareyası” demək olduğu bildirilir.

Rusiya ordusunda 120-ci artilleriya briqadası həqiqətən də mövcuddur və onun dislokasiya yeri Sibirdir. Briqada həqiqətən də “Мста-Б” haubitsaları ilə təchiz edilib. "Reuters"in müxbirləri hərbi hissənin növbətçisi ilə əlaqə saxlayıblar. O, bu briqadanın hərbçilərinin Suriyaya göndərilməsi barədə bir şey bilmədiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm