Qış interyerinin əsas bəzəyi şamlardır - FOTOLAR
Bizi izləyin

Dizayn

Qış interyerinin əsas bəzəyi şamlardır - FOTOLAR

Şamlar qış interyerinin əsas dekoru sayılır. Satışda olan müxtəlif dekorativ şamlar vasitəsilə istənilən interyerdə romantik ab-hava yaratmaq olar, bir şərtlə ki, üslubu və rəngləri düzgün seçəsən.

İstənilən interyerə şamlar əla yaraşır. Onları jurnal masasına, pəncərə kənarına qoya bilərsiniz.

Şamlar romantik ab-hava yaratdığı üçün onu, adətən, yataq otağına qoyurlar. Müasir interyerdə isə şamlardan qonaq otağında da istifadə edilir. Bu da səbəbsiz deyil. Çünki qonaq otağı asudə vaxtımızın böyük hissəsini keçirdiyimiz yerdir. Bu isə o deməkdir ki, qonaq otağının atmosferini yaxşılaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə etmək lazımdır. Onlar insana qeyri-adi rahatlıq gətirir. Yaxşı olar ki, onları mebelin rənginə uyğun seçəsiniz. Əgər otağın dizaynı sakit rəng tonlarındadırsa, o zaman rəngli şamlar interyerə fərqlilik qatacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm