Dünən Karmen, bu gün Gülçöhrə
Bizi izləyin

Art

Dünən Karmen, bu gün Gülçöhrə

Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə tamaşaçılara təqdim olunub.


Publika.az xəbər verir ki, səhnə əsərində Gülçöhrə obrazını ilk dəfə teatrın solisti, xalq artisti Fidan Hacıyeva canlandırıb. Onun Gülçöhrə obrazının bütün ariyalarını qüsursuz ifa etməsi və bütün mizanları yerli-yerində icra etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi tamaşada əsas rolları xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Fərid Əliyev, Gülüstan Əliyeva, Yadigar Muradov və başqaları ifa edib.


Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş “Arşın mal alan” artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır.


Qeyd edək ki, F. Hacıyeva bu günə qədər milli və klassik opera tamaşalarından olan “Sevil”, “Koroğlu”, “Karmen”, “Sevilya bərbəri”, “Aida”, “Arşın mal alan” tamaşalarında aparıcı partiyaları ifa edib. Bir sıra xarici qonaqların da qatıldıqları tamaşa qəlbləri fəth edib və teatrsevərlərin gurultulu alqışları ilə qarşılanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm