“Aşk” üçün Bakıya gələcək
Bizi izləyin

Art

“Aşk” üçün Bakıya gələcək

Türk sənətçisi Oya Ergün Bakıda “Barok Müzikde Aşk” adlı konsert verəcək.

Publika.az xəbər verir ki, ifaçı konsertdə barokko dövrünün musiqilərini səsləndirəcək. O, Bax, Handel, Skarletti, Korelli və Cesti kimi bəstəkarların ariyalarını ifa edəcək.

Oya Ergünü pianoçu Nərgiz Əliyevanın rəhbərlik etdiyi piano, violonçel və skripkadan ibarət trio müşayiət edəcək. Konsertdə səhnəyə azərbaycanlı tenor İlham Nəzərov da çıxacaq.

Dekabrın 4-ü Alman Kapellhaus konsert zalında baş tutacaq konsertə giriş dəvətnamə ilədir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm