Səidə Sultan: “Ona ağız aça bilmərəm”
Bizi izləyin

Magazin1

Səidə Sultan: “Ona ağız aça bilmərəm”

Müğənni Səidə Sultan mahnı axtarışındadır.

Publika.az-a açıqlama verən ifaçı, təklif gözlədiyini bildirib:

“Yaxşı mahnı axtarışındayam, amma hələ də bir mahnı tapıb ortalığa çıxara bilmirəm. Pul verib almağa da əlim gəlmir”.

Həmkarınız Elçin Cəfərov, Çingiz Mustafayev, Elvin Abdullayev, Rəhim Rəhimli, Elza Seyidcahan müğənniliklə yanaşı, bəstəkarlıq da edirlər. Bəs niyə onlara müraciət etmirsiniz? - sualına müğənni belə aydınlıq gətirdi:

“Bu cür şeylərdən utanıram. Bu sözü demək üçün üz lazımdır. Mən isə elə üzlülük edə bilmərəm. Kənardan öz hərəkətimi pis qiymətləndirirəm. Onlar dostlarımdır. Belə bir şey etsəm, onlardan istifadə etmiş olacağam. Təklif gəlsə, mənə də xoş olar. Amma özüm ağız aça bilmərəm. Mahnının ərsəyə gəlməsi asan bir şey deyil axı...”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm