Bu yağ beli incəldir
Bizi izləyin

Gözəllik

Bu yağ beli incəldir

Diyetoloq Gizəm Şeber hindqozu yağının təsirindən danışıb. Onun sözlərinə görə, bu yağın tərkibinə digər yağlardan fərqli olaraq, orta zəncirli yağ turşuları daxildir. Həmin yağ turşularının orqanizmə təsiri isə digər yağ turşularından daha fərqlidir.

Publika.az diyetoloqun açıqlamasını təqdim edir:

Hindqozu yağının orqanizmdə başqa yağlarla müqayisədə 23 faiz daha az toplandığı iddia edilir. Maddələr mübadiləsini sürətləndirdiyi də elmi araşdırmalarla sübut olunub. Həm qadın, həm də kişilər üzərində aparılan araşdırmalarda hindqozu yağının, xüsusilə, qarın yağlarının əriməsində təsiri sübut olunub.

Yeməklərdə gündə 2 çay qaşığı hindqozu yağı istifadə edən qadınların bel ətrafının incəldiyi müşahidə olunub. Lakin onun tərkibində doymuş yağların olduğunu da unutmaq olmaz. Ona görə də, həddən artıq istifadə ürək sağlamlığına mənfi təsir göstərər, həmçinin, “pis” xolesterin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm