Son dəqiqə
Türkiyə prezidentindən Suriyaya müdaxilə ssenarisinə təcili REAKSİYA - yeniləndi
17.49
Türkiyə prezidenti Abdullah Gül “YouTube”də yayılan son səs qeydi ilə bağlı hərəkətə keçib.Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, prezident səs qeydində adı çəkilən Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlunu təcili olaraq yanına çağırıb.
Qeyd edək ki, sözügedən səs qeydində Suriyaya müdaxilə ssenarisi ətrafında danışılır. Səs qeydinin xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, XİN-in baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu iddia olunur. Səs qeydində xarici işlər naziri Ə.Davutoğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın Süleyman Şah Türbəsini imkan olaraq qiymətləndirilməsinin lazım olduğunu söyləyir. Adı çəkilən şəxslər lazım gələrsə, seçki öncəsi Suriya ilə müharibəyə başlaya biləcəyi barədə danışır.
MİT rəhbəri H.Fidana aid olduğu iddia olunan səs isə “Lazım gələrsə, Suriyaya dörd adam göndərərəm. Türkiyəyə 8 raket atdıraraq müharibə üçün səbəb hazırlayaram, Süleyman Şah Türbəsinə də hücum etdirərik” deyir.
A.Gül Baş Qərargah başçısı, general Necdət Özəl və MİT rəhbəri H.Fidan ilə dünən bir araya gəlmişdi.
18.59
Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) fövqəladə toplantısının keçiriləcəyi barədə iddialar gerçək deyil.
Bu barədə Türkiyə prezidentinin sözşüsü Ahmed Sever MGK-nin fövqəladə toplantısının keçiriləcəyi barədə iddianı şərh edərkən deyib.
Ömər Dağlı
-
Sosial12:38Milli Məclisdə minimum əməkhaqqı ilə bağlı qərar: İldə bir dəfə...
-
Dünya12:08ABŞ və Avropada əhali əmindir: Tezliklə 3-cü dünya müharibəsi başlayacaq - SORĞU
-
Nida Xəbər 11:50İlk dəfə quru yolu ilə Ermənistana gedən Azərbaycan nümayəndə heyətində kimlər var? - SİYAHI
-
İdman10:24Vinisiusun sevgilisi Braziliya karnavalını geyimi ilə fəth etdi - FOTOLAR
-
İdman09:48Ardanın keçmiş məşqçisindən şok açıqlama: Onu “Real”da kimlər sıxışdırır?
-
ABŞ09:12Səhiyyə nazirindən şok etiraf: Unitaz oturacağından kokain iyləmişəm
-
İKT09:00Məşhur "Apple" cihazları satışdan çıxarılır - Siyahı
-
Səhiyyə07:30Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir

























.jpg)








.jpg)




