İdman
"Sabah"ın baş məşqçisi Azərbaycan millisini "satacaq"? - Həmyerlisi ondan kömək istəyəcək
UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının rəqibi olan Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas püşklə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, litvalı mütəxəssis komandamızın əsas üzvlərinin "Qarabağ"ın futbolçuları olduğunu bildirib:
"Biz püşkatmadan şikayət etmirik. Bilirik ki, bu qrupdakı bütün komandalar bizim üçün məğlubedilməzdir. Heç bir qarşılaşma asan olmayacaq və daha yüksək Liqaya qalxmaq üçün bütün gücümzlə mübarizə aparacağıq.
Əlbəttə ki, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır. Onların Avropa təcrübəsi olan futbolçuları var. Çünki "Qarabağ" klubu tez-tez Avropanı öz futbolu ilə təəccübləndirir. Bu, yerli çempionatda yığmaya ən çox oyunçu göndərən klubdur. Azərbaycan millisi son illərdə ən yaxşı dövrünü yaşamır və azərbaycanlılar da oyunlardan, nəticələrindən məmnun deyillər. Bu qrupdakı hər üç komandanın məqsədi C Liqasına yüksəlmək olacaq".
Litvalı baş məşqçi həmyerlisi Valdas Dambrauskasın "Sabah" klubunda işlədiyini xatırladıb və onunla danışacağını bildirib:
"Əlbəttə ki, Valdasla danışacağıq. Onun məşqçilik etdiyi kollektivdən də bir neçə oyunçu Azərbaycan millisinin heyətindədir. Bu matça hazır olmaq üçün bütün mümkün məlumatları toplayacağıq".
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
































