Fuad Poladov "AzDrama"ya qayıtdı - FOTOLAR
Bizi izləyin

Art

Fuad Poladov "AzDrama"ya qayıtdı - FOTOLAR

Fevralın 7-də Dövlət Akademik Milli Dram Teatrında fransız dramaturqu Erik-Emmanuel Şmittin “Müsyö İbrahim və Quran çiçəyi” ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Uzun illərdən sonra xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrının səhnəsində görünüb. Aktyor ikihissəli tamaşada Müsyö İbrahim rolunu canlandırıb.

Publika.az xəbər verir ki, səhnə əsəri gənc rejissor Ərşad Ələkbərovun quruluşunda təqdim olunub.


Tamaşanın bədii rəhbəri, teatrın direktoru və baş rejissoru, xalq artisti Azərpaşa Nemətdir.

Rolları əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev ifa edblər.


Xatırladaq ki, dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir. Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsi ilə sona çatır.

Qeyd edək ki, bu məşhur roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub və “Fransız Akademiyası”nın ən yüksək mükafatını qazanıb.

2003-cü ildə fransız rejissoru Fransua Dupeyron bu əsərə eyniadlı film çəkib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm