Bu hansı əfsanənin oğludur? – FOTOLAR
Bizi izləyin

Magazin2

Bu hansı əfsanənin oğludur? – FOTOLAR

Əfsanəvi fransız aktyoru Alen Delonun 21 yaşlı oğlu Alen Fabyenin fotoları qərb mətbuatında geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, diqqətçəkən məqam Fabyenin atasına hədsiz dəcərədə bənzəməsi olub.

Lakin o, aktyor kimi deyil, model kimi fəaliyyət göstərməyə üstünlük verib.

Qeyd edək ki, Alen Fabyen əfsanəvi aktyorun 4 övladından ən kiçiyidir. Fabyen böyük bacısı Annuşka ilə aktyorun vətəndaş nikahında yaşadığı hollandiyalı model Rosali Van Bremendən dünyaya gəlib.

A. Fabyen bir neçə il əvvəl özünü aktyor kimi də sınayıb. Çəkildiyi filmdən sonra bir sıra rejissorların diqqətini çəksə də, o, akyor sənətini davam etməyib:

“Mən filmlərdə əfsanəvi aktyorun oğlu - Alen Fabyen Delon olduğu üçün deyil, istedadıma görə rol almaq istəyirəm”.

Fabyen Delon bu yaxınlarda atasının 40 il ərzində üzü olduğu “Dior” brendinin siması olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm