Azərbaycanlı idmançının iki zərbəsi öldürücü oldu - Rusiyada
Bizi izləyin

İdman

Azərbaycanlı idmançının iki zərbəsi öldürücü oldu - Rusiyada

Fevralın 6-da gecə Tulanın Proletar rayonunda yerləşən kafelərdən birində ölüm hadisəsi baş verib.

Publika.az xəbər verir ki, elektromontaj işləriylə məşğul olan firmanın direktoru Oleq Buyanov azərbaycanlı idmançı tərəfindən öldürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, münaqişə firma direktoru və onun azərbaycanlı tanışı arasında borc üstündə düşüb. Dava nəticəsində idmançı olduğu deyilən həmyerlimizin iki zərbəsi Buyanovun həyatına son qoyub. Xüsusilə, ikinci zərbə öldürücü olub.

Hadisəylə bağlı istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm