“Zika” virusundan qorunmaq üçün Azərbaycana TƏLİMAT
Bizi izləyin

İdman

“Zika” virusundan qorunmaq üçün Azərbaycana TƏLİMAT

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyəti "Zika" virusu epidemiyasından qorunmaq üçün təlimatlar alıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. O bildirib ki, Braziliyada yayılan epidemiya kişilərə yox, daha çox hamilə və gələcəkdə ana olacaq qadınlara təhlükə yarada bilər. Nazir idmançıları qorumaq üçün bütün vasitələrdən istifadə edəcəklərini bildirib:

"Biz qısaqol köynəklər və şort geyməməyə dair təlimat da almışıq. Hər hansı virusa qarşı dərman olsa, ondan da istifadə edəcəyik. Xüsusi spreylərdən də yararlanacağıq. Hər hansı virus aşkarlansa, bu təlimatların hamısından yararlanacağıq".

Qeyd edək ki, "Rio-2016" avqustun 5-dən 21-dək keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm