Texnoloji
“e-Bay” istifadəçilərinin şəxsi məlumatları təhlükədə
“e-Bay” onlayn platformasında ciddi boşluqlar aşkarlanıb.
Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, bunu “Check Point” tədqiqatçıları aşkar edib.
Tədqiqatçılar “e-Bay” onlayn platformasında kod yoxlamasını
keçməyə və zərərverici kodu icra etməyə imkan verən ciddi boşluğu
aşkar ediblər. Əgər qeyd olunan boşluq aradan qaldırılmazsa,
“e-Bay” sisteminin bütün istifadəçiləri şəxsi məlumat itkisinin və
fişinq hücumun potensial qurbanına çevriləcək.
Xakerlər “e-Bay” istifadəçilərinə tərkibində zərərverici kod
olan legitim səhifələr göndərə bilərlər. Səhifənin açılması və
kodun icrası müxtəlif xoşagəlməz halların baş verməsinə gətirib
çıxarar. Belə ki, xakerlər “JSF**k” adlı texnikadan istifadə
edirlər. Onlar “e-Bay” onlayn mağaza yaradırlar və zərərverici kodu
məhsulun təsviri haqda olan səhifəyə yerləşdirirlər. Məhsulun
təsviri olan səhifəyə keçid zamanı istifadəçiyə xüsusi endirimli
“e-Bay” mobil tətbiqetməsini yükləmək təsvir olunur. Əgər o,
yükləməni təsdiq edirsə, zərərverici tətbiqetmə smartfona
yüklənilir. “JSF**k” köməkliyi ilə hakerlər öz serverlərinə
qoşularaq zərərverici JS-kod yarada bilərlər.
“Check Point” qeyd olunan boşluqla bağlı ətraflı hesabatı “e-Bay” rəhbərliyinə dekabrın 15-dən bildirib. Lakin yanvarın 16-da “e-Bay” rəsmiləri bu boşluğu aradan qaldırmağı planlaşdırmadıqlarını bildiriblər.
Gülxar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu