“Gələn mövsüm daha iddialı “Xəzər Lənkəran” görəcəyik” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Gələn mövsüm daha iddialı “Xəzər Lənkəran” görəcəyik” - MÜSAHİBƏ

Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib. İclasda "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov da iştirak edib. Klub rəsmisi jurnalistlərin suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

- Növbəti mövsüm Lənkəranın büdcəsinin artırılacağı deyilir.

- Bu gün "Xəzər Lənkəran"da perspektivli oyunçular var. Ancaq zəif çıxış edənlər də var. Komandamız hər il iddialı olub. Növbəti mövsüm də istisna olmayacaq. İlin əvvəliylə müqayisədə vəziyyət daha yaxşıdı. Bizim əsas problemimiz FİFA-nın öhdəlikləriylə bağlıdı. Bunun üçün borclu olduğumuz futbolçularla daimi əlaqədəyik. Çalışırıq ki, kluba cəza gəlməsin. Əsas problemimiz budur. Yayda vəziyyətin daha yaxşı olacağı gözlənilir.

- Komandada baş məşqçi dəyişikliyi gözlənilir?

- Bu saat məşqçi dəyişikliyi gündəmdə deyil. Bu gün heyət cəhətdən güclənməliyik. Növbəti mövsüm daha iddialı "Xəzər Lənkəran" görəcəyik.

- Büdcə artırıla bilər?

- Son vaxtlar çox deyilir ki, guya "Palmali" kluba baxmaq istəmir. Bu, belə deyil. Bu yaxınlarda yeni bir neçə sponsorlarımızla tanış olacaqsız. Yeni partnyorlarımız olacaq. Klubun fəaliyyəti üçün hər cür şəraitimiz var.

- Klubun nə qədər borcu var?

- Bu gün konkret 600-700 min borcumuz var. Biz digər klublardan fərqli olaraq, infrastruktur qurmuşuq. Bu gün şükür, nə stadionumuz bankda girovdadır, nə də ki, ciddi borcumuz var. Əlimizdən gələni edirik ki, klub yaşasın. Bu gün klubu müflisləşməkdən qorumaq lazımdır.

- Bayaq yeni sponsorlardan danışdız. Komanda aşağı liqaya düşsə, bu sponsorlar kluba maraq göstərəcək?

- Bu gün "Nar mobile" bizimlə əməkdaşlıq etdikdən sonra satışda artım olduğunu dedilər. Biz sadəcə komanda yox, camiəyik. Camiə də həmişə komandanın yanındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm