Müsahibə
Aqşin sevgi SİRRİNİ AÇDI: “13 və 63 yaşlı...” - MÜSAHİBƏ
Şair yalnız soyadı, yaradıcılıq üslubu ilə deyil, həm də sakitliyi, özünəməxsusluğu ilə seçilib. O, bəzi həmkarları kimi yazmaqdan çox danışmağa, özünü öyməyə güc verənlərdən, dahilik maniyasına tutulanlardan deyil. Susqundur, yalnız şeirləri ilə danışır.
Şair Aqşin Evreni deyirəm, bu gün 26 yaşı ilə vidalaşdı. Ayaqüstü biz də təbrik etdik və bir neçə sualımıza cavab aldıq.
Publika.az şairlə müsahibəni təqdim edir.
- Sənin üçün yaşda rəqəmlərin fərqi varmı: 6, 16, 26, 56,76.... ?
- Əslində, ömrü rəqəmlərlə deyil, sözlərlə yaşamağa daha çox meyilliyəm. Mənim üçün ömür “uşaq gülüşü”, “rahatlıq”, “doğmalıq”, “uzaqlıq” illərindən ibarətdir. 26 yaşımda həyatla bağlı müəyyən situasiyalardan 2 alsam da, çalışmışam ki, belim 6 rəqəmi kimi bükülməsin. Nəinki özüm üçün, həm də doğmalarımın, dostlarımın da bu vəziyyəti yaşamaması mənim üçün vacibdir. Dünyada möhtəşəm bir söz var: Yaşamaq!
- Hansı yaşını daha çox sevmisən, ya bəlkə o yaş hələ qabaqdadır?
- Mənə elə gəlir ki, bir çox şeylər kimi, sevməyin də analizini aparmaq, meyarını, yaşını ölçmək mümkün deyil. İnsan üçün ömür rahatlığı, xoşbəxtlik yorğunluğu davamlı olaraq sevgi və yaşamaqdan keçir. Bəlkə də, 50 il sonra qərar verə bilərəm ki, 13 yaşlı uşaq saflığı ilə sevmək daha gözəl idi, yoxsa 63 yaşlı ömür yorğunluğu ilə?
- 26 yaşını tamamlayan Aqşin sevgidə yarıyıb?
- Həyatım alfasından omeqasına qədər sevgidən, doğmalıqdan ibarətdir. Ümumiyyətlə, məncə, kişi dünyaya sevmək və digər yaşantılarda var olmaq üçün gəlibsə, qadın məhz sevilmək, nəhayətsiz şəkildə sevilmək üçün gəlib. Yalandı, qadın kişinin qabırğasından-filan yaranmayıb, mütləq şəkildə qadın hansısa qalaktikadan nazil olunub. Əgər yenidən o qalaktikaya qayıtsalar, evimiz yıxılar. Təsəvvür edin, qadın öz bədənindən yeni bir insan yaradır və o insana öz bədənindən qida verir. Bu, misilsiz, tayı-bərabəri olmayan tarixi möcüzədir.
- Allahdan istədiyin hədiyyəni almısan?
- Mənim istədiyim bir hədiyyə var, o da doğmalarımın can sağlığı. Hələ ki, o hədiyyəni hər gün alıram. Bundan başqa heç nə istəmirəm, bircə onları sağ-salamat, ağrısız, bəlasız görüm. Doğrusu, ömür təqvimə görə yox, yaşantılara görə yaşayıram. Məsələn, ola bilər ki, Novruz bayramını 21 martda yox, oktyabrın 8-i qeyd edim. Yəni məhz 16 sentyabr yox, xoş keçirdiyim bütün günlər mənim üçün doğum günüdür.
- Özəl təbrik gözləyirsən?
- Özəl təbriki demək olar ki, hər gün “Salam. Necəsən?” sözü ilə alıram, bu gün də aldım. Bir də atamın zəng edib mənə bircə “Alo” deməsi bu gün mənim üçün xüsusi, özəl təbrik olacaq. Elə adamlar var ki, onların səsi, hərfi belə təbrikdir.
- Yaradıcılıqda təzə nə var, nə yox?
- “Mənfi sənsiz dərəcə” adlı şeirlər kitabımı artıq nəşriyyata göndərmişəm. Bir də yeni ssenarilər yazıram, qeydlər aparıram. Fikrimcə, ədəbiyyatımızın dünya, Avropa arenasına açılması yolu məhz filmdən keçir.
- Aqşin, hava da yağmurludur, şeir havasıdır, bəlkə, təzə bir şeirlə ruhumuzun pasın ataq…
- Nə deyirəm ki…
Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”
Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır
Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından
Hərdən ovulub gedərsən...
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin
Hərdən boynunu üşüdər onun aldığı şərf də
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”
Hərdən heç nə dəyişməz...
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən... yıxılarsan
xatirələrin yanından keçəndə...
Cəvahir
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO