Müsahibə
“O, məni buna məcbur etdi” - Aparıcı məşhur baldızından elə sözlər dedi ki...
Yeni mövsümdə Xəzər Televiziyası yeni simaları ilə də diqqət çəkəcək. Bəzi aparıcılarla sağollaşan telekanalda yeni simalar fəaliyyətə başlayıb. Onlardan biri də “Xəzər maqazin” verilişinin aparıcısı Çinarə Cəlilovadır.
Publika.az-a müsahibə verən Çinarə teleməkanda ondan hündürboy xanım aparıcı olmadığını da deyib.
- Bildiyimiz qədər ilk dəfədir ki, özünü aparıcı kimi
sınayırsan. Bu necə oldu?
- Bəli bu, mənim ilk təcrübəmdir. Bundan öncə filmlərə,
seriallara təkliflər alırdım, amma Xəzər TV-dən gələn təklif məni
daha çox sevindirdi və razılaşdıq. İlk dəfə belə bir teleməkanda
çalışacağım üçün özümü çox şanslı hesab edirəm.
- İlk dəfə səni aparıcı kimi kim kəşf elədi?
- Baldızım. Mən onların evinə gəlin gedən gündən baldızım, həm
də həmkarım Fira Cəlilova məni aparıcı kimi gördüyünü deyirdi.
Həmişə bildirirdi ki, sənin siman mütləq tanınmalıdır. Beləcə
baldızım məni buna məcbur elədi, seçimlərə qatıldım.
- Səncə, nəylə diqqət çəkdin və səni seçdilər?
- Məncə, ümumi görünüşümü çox bəyəndilər. Üz cizgilərim, hündürboy və arıq olmağım. Əvvəl fotolarımı göndərdim, bəyəndilər, sonra özümü dəvət etdilər. Seçimə yüz qız qatılıbmış, amma yüz xanımın içində məni seçdilər. Efir məkanında ən ucaboy xanım aparıcı mənəm.
- Çox özünü tərifləyirsən, boy ölçün neçədir ki?
- 1.80.
- Boyunu bildik, indi də qabiliyyətindən danış. Digər
maqazin proqramlarından nəylə fərqlənəcəksən?
- Bizim proqramımız digər maqazin verilişlərindən həqiqətən çox
fərqlənəcək. Çünki arxamızda çox böyük və güclü komanda var. İçi
mən qarışıq hamı öz işini böyük həvəslə görür. Hələ proqram efirə
getməmiş hamı verilişin anonsundan danışır. Hamıdan müsbət rəylər
aldım. Anonsumuzda da dediyim kimi hər parlayanı deyil, əsl
ulduzları göstərəcəyik.
- Məqsəd və hədəfini açıqlaya bilərsən?
- Məqsədim Xəzər TV-nin mənə göstərdiyi etimadı doğrultmaqdır.
Hədəfim isə heç vaxt kiçik olmayıb. Yalnız Azərbaycanda yox bütün
dünyada tanınmış sima olmaq istəyirəm.
- Səncə, şarmın nədədir?
- Onu yəqin ki gələcəkdə izləyicilər tapar. Amma sizə bir söz
deyim, elə xanım var, gözəldir, amma çəkici deyil, mənsə deyilənə
görə şirinəm.
- Həmişə şirin olmaq da ürəyi vurur ha!
- Razıyam. Hərdən acı dil də olmaq lazımdır.
- Baldızınla eyni telekanalda çalışırsan? Münasibətiniz
necədir, sənə baldızlıq edir?
- Bəli, eyni telekanalda çalışırıq. Fira çox ürəyi təmiz qızdır.
Baldızım olduğuna görə demirəm, həqiqətən elədir. Hələ heç kim deyə
bilməz ki, Fira kiməsə pislik edib. Bizim aramızda isə baldız-gəlin
münasibəti olmayıb. Həmişə rəfiqə və bacı kimi davranmışıq bir
birimizlə.
- Yaxşı az təriflə, baldızım məni də qabağa çəksəydi, mən
də tərif söyləməkdə sənin kimi dili qəfəsə qoymazdım. Ailəndən
danış görək, həyat yoldaşın seçiminə mane olmadı ki?
- Həyat yoldaşım həmişə seçimlərimə hörmətlə yanaşıb. Özü də çox
müasir və anlayışlı insandır. Bir-birimizin istək-arzularını çox
yaxşı başa düşürük və dəstək oluruq. Həm də teleməkanda tək ailəli
aparıcı mən deyiləm ki… Aparıcıların demək olar ki, əksəriyyəti
ailəlidir, uşaqları var. Xəzər TV özü də ailə kanalıdır.
- Həyat yoldaşının qısqanclığını bəri başdan gözə
almısan?
- Əlbəttə. Qısqanclıq hər kişidə olur. Elə mən özüm də qısqanc
biriyəm. Onun da işində elə hallar olur ki, mən qısqanım. Amma hər
şeydən öncə bizim aramızda çox böyük güvən hissi var. Ona görə
mənasız qısqanclıqlarla günümüzü korlamırıq.
- Hansısa müğənnilərə qadağalar olmayacaq ki, yoxsa,
qapınız bütün sənətçilərə açıq olacaq?
- Bu haqda hələ ki məlumatım yoxdur.
- Xoşlamadığın müğənnilər var?
- Hər kəsin sənətinə hörmət edirəm. Xoşlamadığım deməyim,
dinləmədiyim müğənnilər var.
- Bir qadın kimi ən çox hansı qabiliyyətinlə
öyünürsən?
- Qadın hər şeyi bacarmalı, bilməlidir. İş həyatında da, evdə də.
Hərdən yeni insanlarla tanış olanda mənə deyirlər ki, heç təsəvvür
edə bilmirik sən ev işləri görüb yemək bişirəsən. Amma bütün
yeməklərdən hazırlaya bilirəm. Üstəlik həm ev, körpə uşaq həm də
işi bir vaxta sığdıra bildiyim üçün özümü güclü hesab edirəm.
- Özünü dəbi diktə edən xanım sayırsan?
- Mən həm də bir qadın jurnalında dəb yazarı olaraq çalışırdım. Bu
işi hobbi olaraq görürdüm və böyük həvəslə izləyirdim dəbi. Elə
indi də vaxt tapdıqca izləməyə çalışıram. Zövqlü geyinib keçinməyi
də çox sevirəm.
- Hansı aparıcını özünə rəqib görürsən?
- Özümə rəqib olaraq aparıcı seçsəm, bu yəqin ki türk maqazin
proqramlarından olar. Onları həqiqətən çox bəyənirəm hətta çox vaxt
paxıllığım da tutur.
- Kilo almamaq üçün neynirsən?
- Vaxt tapan kimi idmana gedirəm və çalışıram ki çox yağlı, duzlu
yeməklər yeməyim.
- Əksər xanımların qorxusu kökəlməyi ilə bağlıdır, bəs
sənin fobiyaların varmı?
- Məncə, hər şey insanın öz əlindədir. Kökəlmək də, arıqlamaq da.
Sadəcə, çətinlikdən qorxmamaq lazımdır. Mənim isə xüsusi bir
fobiyam yoxdur.
- Özündə bəyənmədiyin xüsusiyyət hansıdır?
- Buğa bürcü olduğum üçün hərdən inadcıl, tərs oluram. Onu
düzəltməyə çalışıram.
- Bəs başqalarının hansı xüsusiyyəti səni
əsəbiləşdirir?
- Hər şeyi bildiklərini zənn edən, özündən razı və digər insanlara
yuxarıdan aşağı baxan insanlar məni əsəbləşdirir. Elə insanlardan
uzaq oluram.
- Sözü üzə deyənsən?
- Sözü üzə vaxtında deməyi sevirəm. Elə şeylər olur ki, onları
düzgün zamanda demək lazımdır. Yersiz olaraq həmin an desən,
qarşıdakı başa düşməyəcək və sən pis olacaqsan. Ona görə də çox
vaxt düzgün zamanı gözləyirəm.
- İnsanlarla baryer saxlamağı xoşlayırsan?
- Əgər qarşımdakı insanda mənfi aura duyuramsa, onunla baryer
saxlayıram. Elə də olub ki, ilk dəfə tanış olduğum səmimi biri ilə
saatlarla söhbət etmişəm.
- Sevimli məşğuliyyətin varmı?
- Çoxdur. İncəsənəti çox sevirəm. Rəsm, fortepiano kurslarına
getmişəm. Boş vaxt tapanda bunlarla məşğul oluram.
Cəvahir
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO